Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Balabəyov Balabəy Kiçibalı oğlu dövlət qulluğunda olmanın yaş həddinə çatması ilə əlaqədar olaraq pensiyaya yola salınmışdır

16 fevral 2026 | 15:51
Siyəzən Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Balabəyov Balabəy Kiçibalı oğlu dövlət qulluğunda olmanın yaş həddinə çatması ilə əlaqədar olaraq təqaüdə yola salınmışdır.
Balabəyov Balabəy dövlət qulluğunda çalışdığı uzun illər ərzində üzərinə düşən vəzifələri məsuliyyətlə və peşəkarlıqla yerinə yetirmiş, rayonun ictimai həyatında fəal iştirakı ilə seçilmiş, çalışdığı kollektiv arasında dərin hörmət qazanmışdır.
Rayon İcra Hakimiyyətinin başçısı, Novruz Novruzov, Balabəy müəllimin çoxillik səmərəli fəaliyyətini yüksək qiymətləndirərək ona 65 illik yubileyi münasibətilə Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanını və qiymətli hədiyyəni təqdim etmişdir.
Rayon İcra Hakimiyyəti başçısı aparatının bütün kollektivi adından Balabəy müəllimə gələcək həyatında möhkəm cansağlığı, uzun ömür arzu edirik.
Keçidlər