Rayon İcra Hakimiyyətinin başçısı yaralı hərbi qulluqçu İsrafil Zülfiqarovu ziyarət etdi
23 sentyabr 2022 | 14:44
Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov, Yeni Azərbaycan Partiyası Siyəzən Rayon Təşkilatının sədri Samir Baxşiyev, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Siyəzən rayon sektor müdiri Aynurə Dadaşova, Siyəzən Rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Məmmədov, Siyəzən Suvarma Sistemləri İdarəsinin rəisi Murad Xəlilov və Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları 13 sentyabr 2022-ci il tarixində mənfur qonşularımızın dövlət sərhədimizdə törətmiş olduqları genişmiqyaslı təxribatın qarşısının alınması zamanı yaralanmış Siyəzən rayonu, Böyük Həmyə kənd sakini Zülfüqarov İsrafil Əlizamin oğlunu Böyük Həmyə kəndində yaşadığı evdə ziyarət etmişlər.
Ziyarət zamanı Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın göstərişi ilə şəhidlik zirvəsinə yüksələn hərbçilərimizin ailələrinə böyük diqqət və qayğı göstərildiyini, yaralı əsgərlərin sağalması və normal həyata qayıtması üçün köməklik göstərildiyini diqqətə çatdırmışdır.
Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov hərbi qulluqçumuzun ailə üzvlərinin qayğıları ilə maraqlanmış, onları narahat edən məsələlərin qısa müddət ərzində həll edilməsi üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar vermişdir.