Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov növbəti səyyar qəbulunu Beşdam kənd sakinləri ilə keçirmişdir
11 dekabr 2025 | 14:38
Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov təsdiq olunmuş qrafikə əsasən növbəti səyyar qəbulunu Beşdam kənd İƏD üzrə nümayəndəliyinin inzibati binasında Beşdam kənd sakinləri ilə keçirmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov sakinlərin fikirlərini dinlədikdən sonra hər bir təklif və şikayətlə bağlı müvafiq qurumlara tapşırıqlar vermişdir.
Vətəndaşların qəbulu əvvəlcədən tərtib olunmuş qrafikə uyğun olaraq rayonun bütün yaşayış məntəqələrində keçirilir.






