Rayon İcra Hakimiyyəti başçısı Novruz Novruzovun tapşırığı ilə
20 sentyabr 2022 | 16:39
Rayon İcra Hakimiyyəti başçısı Novruz Novruzovun tapşırığı ilə Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları 13 sentyabr 2022-ci il tarixində mənfur qonşularımızın dövlət sərhədimizdə törətmiş olduqları təxribat nəticəsində vətən borcunu yerinə yetirərkən xəsarət alan Siyəzən rayonu, Böyük Həmyə kənd sakini Zülfüqarov İsrafil Əlizamin oğlunu müalicə aldığı Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalın-da ziyarət etmişlər.