Şriftin ölçüsü :

Saytın rəngi :

“Quşçuluq sahəsində mövcud imkanlar, çətinliklər və perspektivlər” mövzusuna həsr olunmuş dəyirmi masa təşkil olunmuşdur

31 oktyabr 2024 | 16:10

31 oktyabr 2024-cü il tarixdə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Siyəzən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Siyəzən şəhəri Gənclər evində “Quşçuluq sahəsində mövcud imkanlar, çətinliklər və perspektivlər” mövzusuna həsr olunmuş dəyirmi masa təşkil olunmuşdur. Tədbirdə Aqrar Kredit və İnkişaf Agentliyi, Aqrar Xidmətlər Agentliyi, İqtisadiyyat Nazirliyinin Quba-Xaçmaz Regional Bölməsi, Sahibkarlığın İnkişafı Fondu, Aqrar Sığorta Fondu, Siyəzən Dövlət Aqrar İnkişaf Mərkəzi, ”Aqrar Tədarük və Təchizat” ASC və müvafiq quşçuluq subyektləri iştirak etmişdir.

Keçidlər