Şriftin ölçüsü :

Saytın rəngi :

“Quşçuluq sahəsində mövcud imkanlar, çətinliklər və perspektivlər” mövzusuna həsr olunmuş dəyirmi masa təşkil edilmişdir

19 fevral 2026 | 14:35

Siyəzən Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə 19 fevral 2026-cı il tarixdə Siyəzən Gənclər Evi sosial xidmət müəssisəsinin inzibati binasında “Quşçuluq sahəsində mövcud imkanlar, çətinliklər və perspektivlər” mövzusuna həsr olunmuş dəyirmi masa təşkil edilmişdir. Tədbirdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Quba-Xaçmaz Regional Bölməsi, İqtisadiyyat Nazirliyinin Quba-Xaçmaz Regional Bölməsi, Dövlət Məşğulluq Agentliyinin Quba-Xaçmaz Regional Bölməsi, “Azərişıq” ASC, Dövlət Vergi Xidməti, Siyəzən Dövlət Aqrar İnkişaf Mərkəzi, Siyəzən RİHB-nin şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri və müvafiq sahibkarlıq subyektləri iştirak etmişdir. Tədbirdə zamanı sahibkarların sualları cavablandırılmışdır.

Keçidlər