Şriftin ölçüsü :

Saytın rəngi :

Qurbanov Röyal Ziyad oğlunun xatirə bulağının açılış mərasimi keçirilmişdir

21 avqust 2022 | 17:05
Bu gün 44 günlük Vətən müharibəsində şəhid olmuş övladlarımızdan Qurbanov Röyal Ziyad oğlunun Beşdam kənd məktəbinin önündəki xatirə bulağının açılış mərasimi keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov başda olmaqla rayonun idarə, müəssisə, təşkilat rəhbərləri, kənd sakinləri və ictimaiyyət nümayəndələri iştirak etmişlər. Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov bildirdi ki, minlərlə Azərbaycan gənci, o cümlədən Röyal kimi mərd Siyəzən oğulları da Ali Baş Komandan möhtərəm cənab İlham Əliyevin çağırışına qoşularaq 44 günlük müqəddəs Vətən müharibəsində iştirak etmək üçün səfərbər oldular. Məhz cənab Prezidentin qətiyyəti və iradəsi, Azərbaycan ordusunun qəhrəmanlığı sayəsində dövlətimiz ərazi bütövlüyünü bərpa etdi. Bu Vətən müharibəsində neçə-neçə qəhrəman əsgər və zabitlərimiz öz canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Şəhidlər bizim and yerimiz olduğu üçün onların adının uca tutulması, xatirələrinin əbədiləşdirilməsi olduqca böyük əhəmiyyət kəsb edir.
Xatirə bulağının açılış mərasimində məktəblilərin ifasında şeirlər səsləndirilmişdir.
Keçidlər