“Qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirlərinin aparılması ilə bağlı təklifləri”nin Siyəzən rayonunda icrasının təmin olunması ilə bağlı maarifləndirici tədbir keçirilmişdir
13 mart 2025 | 14:37
Siyəzən Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin “Qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirlərinin aparılması ilə bağlı təklifləri”nin Siyəzən rayonunda icrasının təmin olunması ilə bağlı maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə Siyəzən Rayon İcra Hakimiyyəti başçısı aparatının və Qida Təhlükəsizliyi Agentliyi Quba-Xaçmaz Regional Bölməsinin məsul işçiləri, Siyəzən Rayon İcra Hakimiyyəti başçısının şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələri iştirak etmişdir. İştirakçılara mövzu barədə ətraflı məlumatlar verilmiş, onları maraqlandıran suallar cavablandırılmışdır.
Tədbirdə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən hazırlanmış “Qəhvəyi mərmər bağacığına qarşı birlikdə mübarizə aparaq” və “Qəhvəyi mərmər bağacığı-Halyomorpha halys (Stol)” adlı maarifləndirici bukletlər Siyəzən Rayon İcra Hakimiyyəti başçısının şəhər, qəsəbə, kənd inzibati ərazi dairəsi üzrə nümayəndələrinə təqdim olunmuş, onlara əhali arasında maarifləndirici tədbirlər keçirilməsi üçün tövsiyə və tapşırıqlar verilmişdir.






