“Qəhvəyi mərmər bağacığı nədir, onun iqtisadi zərərləri və onunla mübarizə tədbirləri barədə” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
16 oktyabr 2024-cü il tarixdə Rayon İcra Hakimiyyətində Siyəzən Rayon İcra Hakimiyyətinin başçının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Aqşin Ağayevin sədrliyi ilə “Qəhvəyi mərmər bağacığı nədir, onun iqtisadi zərərləri və onunla mübarizə tədbirləri barədə” mövzusunda maarifləndirici tədbir həyata keçirilmişdir. Tədbirdə Siyəzən Rayon İcra Hakimiyyəti başçısı aparatının işçiləri, Siyəzən Rayon İcra Hakimiyyəti başçısının şəhər, qəsəbə, kənd inzibati ərazi dairəsi üzrə nümayəndələri, bələdiyyə sədrləri, Siyəzən Yaşıllaşdırma İdarəsinin aidiyyəti vəzifəli şəxsləri, həmçinin Siyəzən Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Fəxrətdin Osmanov və Azərbaycan Respublikasının Bitki Mühafizəsi və Pumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin Siyəzən Rayon Mərkəzinin aparıcı aqronomu Nazilə Nəcəfova iştirak etmişdir. Sonda yığıncaq iştirakçılarına əhali arasında maarifləndirmə işlərinin aparılması ilə bağlı müvafiq tövsiyə və tapşırıqlar verilmiş və onlara Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən hazırlanmış maarifləndirici bukletlər paylanılmışdır.