Şriftin ölçüsü :

Saytın rəngi :

Qaz təchizatının dayandırılması barədə məlumat

14 fevral 2024 | 15:57

Qaz təchizatının dayandırılması barədə məlumat.

Məlumat üçün bildiririk ki, “Yaşma-Siyəzən” yüksək təzyiqli qaz kəmərində “Təmiz Qaz” QSC tərəfindən aşkar edilmiş qaz sızmalarının ləğvi və xəttin müxtəlif hissələrində korroziyaya uğrayan hissələrin təmiri ilə əlaqədar olaraq 15.02.2024-cü il tarixində saat 10:00-dan işlər başa çatanadək həmin qaz kəməri ilə qaz təchizatının dayandırılması planlaşdırılır. İşlər görülən müddətdə, ümumilikdə 496 abonenti əhatə edən Siyəzən rayonunun Zarat, Candahar, Qalaşıxı, Beşdam və Siyəzən kəndlərinin qaz təchizatında fasilə yaranacaqdır.

Keçidlər