Şriftin ölçüsü :

Saytın rəngi :

PAYIZ-QIŞ MÖVSÜMÜNDƏ YANĞIN TƏHLÜKƏSZİLİYİ TƏDBİRLƏRİ

10 oktyabr 2023 | 17:45

Artıq havalar soyumağa başlamışdır. Bununla yanaşı şəhər və rayon ərazisində yanğın təhlükəsi artmışdır. Hamıya məlum olduğu kimi yanğınların baş verməsi müxtəlif səbəblərdən olur. Bir çox hallarda isə özümüzün ehtiyatsızlığı səbəbindən baş verir ki,onu da gec bildikdə və yanğın təhlükəsizliyi qaydalarına düzgün əməl etmədikdə ziyanla nəticələndiyinin şahidi oluruq. Ötən illərin payız-qış fəsillərində baş vermiş yanğınların təhqiqatı zamanı müəyyən edilmişdir ki, yanğınların əksəriyyəti evlərdə qeyri-standart elektrik qıcdırıcıları, odun və qaz sobalarından istifadə, eləcə də  odun və qaz sobalarının düzgün quraşdırılmamasından baş verir. Ona görə də Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti yanğına qarşı norma və qaydalara əməl etməyə çağırır və yanğınların baş verməməsi, eləcə də baş verə biləcək yanğınların qarşısının qabaqcadan alınması məqsədilə aşağıdakı təhlükəsizlik tədbirlərinin yerinə yetirilməsinin zəruriliyini diqqətə çatdırır:

 -mənzillərdə quraşdırılan təbii qaz sobası və qaz piltələrinin üzərində iki ədəd qoruyucu ventil (açar) quraşdırmalı;

 -qaz sobalarını yandırmazdan əvvəl mütləq qaydada otaqların qapı və pəncərələrini açmalı və sonra qeyd olunan cihazları yandırmalı;

 -evlərdə,idarə və müəssisələrdə quraşdırılan və quraşdırılacaq odun və qaz sobalarının tüstü borularının çardağa çıxışını qəti qadağan etməli;

 -evdən gedərkən bütün növdə olan elektrik, qaz və digər yanğın törədə biləcək cihazların tam söndürülməsinə nail olmalı;

 -sobaların ağ neftlə, benzinlə və digər tez alışa bilən mayelərlə yandırılmasını qəti qadağan etməli;

 -sobaların yandırılmasını az yaşlı uşaqlara və onu yandırmağı nabələd olan şəxslərə etibar etməməli;

 -bir neçə elektrik cihazlarını eyni vaxtda cərəyan xəttinə qoşmağı qəti qadağan etməli (bu vəziyyətdə elektrik naqillərində həddindən artıq yüklənmə yaranır ki,bu da son dərəcə yanğına şərait yaradır);

 -sobanın və tüstü borularının yaxınlığında paltar qurutmaq, odun yığmaq və digər tez alışa bilən mayelərin saxlanmasına qəti yol verilməməlidir.

 Bütün bunlarla yanaşı qış mövsümünün başlanması ilə əlaqədar ictimai, şəxsi yaşayış binalarının, müəssisə,təşkilat və digər ərazilərdə olan yanğın su hovuzlarının hər birini daima təmiz su ilə dolu saxlamaq tələb olunur.

  Yanğın təhlükəsizliyi qaydalarının pozulması faktlarının yanından ötüb keçməyin. Yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməklə yaşayış evini, şəxsi əmlakı və işlədiyiniz idarə, müəssisəni mühafizə etmiş olursunuz. Yadda saxlayın ki, yanğının söndürülməsi yanğının tez aşkar olunmasından, yanğınsöndürən dəstənin vaxtında çağırılmasından və yanğınsöndürmə vəsaitlərindən bacarıqla istifadə edilməsindən daha çox asılıdır.

  Yanğın baş verdikdə 101-ə və ya  112-yə zəng etməyi unutmayın.

Keçidlər