Noyabrın 4-ü səyyar qəbul keçirilmişdir
04 noyabr 2022 | 20:49
Noyabrın 4-ü Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov təsdiq olunmuş qrafikə əsasən növbəti səyyar qəbulunu Səttar Xeyrullayev, Seyfəddin Dağlı və Cavanşir küçələrinin sakinləri ilə keçirib.
Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov sakinlərin fikirlərini dinlədikdən sonra hər bir təklif və şikayətlə bağlı müvafiq qurumlara tapşırıqlar verib.
Qeyd: Növbəti səyyar qəbul noyabr ayının 11-i saat 11:00-da Siyəzən Suvarma Sistemləri İdarəsinin binasında 28 may, Mirzə Fətəli Axundzadə, Abdulla Şaiq, Abbasqulu Ağa Bakıxanov, Həsən bəy Zərdabi, Murtuza Muxtarov, Mirəli Qaşqay, Həsən Seyidbəyli, Yusif Məmmədəliyev və Fərman Salmanov küçələrinin sakinləri ilə keçiriləcək.