Novruz Novruzov təsdiq olunmuş qrafikə əsasən növbəti səyyar qəbulunu Dağ Quşçu kənd
05 aprel 2024 | 17:59
Aprelin 5-i Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov təsdiq olunmuş qrafikə əsasən növbəti səyyar qəbulunu Dağ Quşçu kənd tam orta məktəbin binasında Dağ Quşçu kənd sakinləri ilə keçirib.
Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov sakinlərin fikirlərini dinlədikdən sonra hər bir təklif və şikayətlə bağlı müvafiq qurumlara tapşırıqlar verib.
Vətəndaşların qəbulu əvvəlcədən tərtib olunmuş qrafikə uyğun olaraq rayonun bütün yaşayış məntəqələrində keçirilir.