Növbəti səyyar qəbul Siyəzən şəhər sakinləri ilə keçirilmişdir
20 oktyabr 2025 | 12:44
Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov növbəti səyyar qəbulunu YAP Siyəzən Rayon Təşkilatının inzibati binasında, Siyəzən şəhər sakinləri ilə keçirmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov sakinlərin fikirlərini dinlədikdən sonra hər bir təklif və şikayətlə bağlı müvafiq qurumlara tapşırıqlar vermişdir.
Vətəndaşların qəbulu əvvəlcədən tərtib olunmuş qrafikə uyğun olaraq rayonun bütün yaşayış məntəqələrində keçirilir.






