Növbəti səyyar qəbul Şah İsmayıl Xətai, Səməd Vurğun və Nəriman Nərimanov küçələrinin sakinləri ilə keçirilmişdir
14 oktyabr 2022 | 15:09
Oktyabrın 14-ü Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov təsdiq olunmuş qrafikə əsasən növbəti səyyar qəbulunu Şah İsmayıl Xətai, Səməd Vurğun və Nəriman Nərimanov küçələrinin sakinləri ilə keçirib.
Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov sakinlərin fikirlərini dinlədikdən sonra hər bir təklif və şikayətlə bağlı müvafiq qurumlara tapşırıqlar verib.
Qeyd: Növbəti səyyar qəbul oktyabr ayının 21-i saat 11:00-da Mərkəzi Kitabxananın binasında Həzi Aslanov, Alı Mustafayev, Şamil Baxşıyev, Məhəmməd Füzuli və 20 Yanvar küçələrinin sakinləri ilə keçiriləcək.