Şriftin ölçüsü :

Saytın rəngi :

"Milli mənəvi dəyərlərin qorunmasında din xadimlərinin rolu" mövzusunda maarifləndirici tədbir keçirilmişdir

18 oktyabr 2024 | 17:01

18 oktyabr 2024-cü il tarixdə Siyəzən Cümə məscidində Rayon İcra Hakimiyyəti başçısı yanında dini işlər üzrə komissiyanın təşkilatçılığı ilə rayonun din xadimlərinin və dindarların iştirakı ilə "Milli mənəvi dəyərlərin qorunmasında din xadimlərinin rolu" mövzusunda maarifləndirici tədbir keçirilmişdir. Tədbirin sonunda milli mənəvi dəyərlərin qorunmasında və rayonun ictimai həyatında fəal iştirakına görə Qafqaz Müsəlmanları İdarəsinin Şabran, Siyəzən və Xızı rayonları üzrə qazisi Cavanşir Əfəndiyev Rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanı ilə təltif edilmişdir.

Keçidlər