Şriftin ölçüsü :

Saytın rəngi :

"Məişət zorakılığı" mövzusunda seminar təşkil edilmişdir

01 dekabr 2025 | 17:39

Siyəzən Rayon İcra Hakimiyyətinin və Siyəzən rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə Siyəzən şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyada tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə gimnaziyada təhsil alan uşaqların hazırladıqları sərgi ilə tanış olublar. Bu sərgi, şagirdlərin yaradıcılıq potensialını və müxtəlif sahələrdəki bacarıqlarını nümayiş etdirən işlərlə zəngin olub.

Sərgi nümayişindən sonra "Məişət zorakılığı" mövzusunda seminar təşkil edilib. Seminarın məqsədi, məişət zorakılığının qarşısının alınması, bu sahədə maarifləndirmə işlərinin gücləndirilməsi və cəmiyyətin bu mövzuya olan həssaslığının artırılması olub. Məişət zorakılığının cəmiyyətə və fərdlərə təsiri müzakirə edilmiş, bu mövzuda maarifləndirici tədbirlərin əhəmiyyəti vurğulanmışdır.

Keçidlər