Şriftin ölçüsü :

Saytın rəngi :

Martın 10-u Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov

10 mart 2023 | 13:46

Martın 10-u Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov təsdiq olunmuş qrafikə əsasən növbəti səyyar qəbulunu Heydər Əliev küçəsi 7, Tofiq İsmayılov küçəsi 46,47,48,49 nömrəli beşmərtəbəli, T.İsmayılov küçəsi, 36,37,38,39 nömrəli ikimərtəbəli yaşayış binalarının, Heydər Əliyev küçəsi, 2-dən 88-ə qədər olan fərdi yaşayış evlərinin sakinləri ilə keçirib.

Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov sakinlərin fikirlərini dinlədikdən sonra hər bir təklif və şikayətlə bağlı müvafiq qurumlara tapşırıqlar verib.

Qeyd: Vətəndaşların qəbulu əvvəlcədən tərtib olunmuş qrafikə uyğun olaraq rayonun bütün yaşayış məntəqələrində keçirilir.

Keçidlər