“Konstitusiya və Suverenlik İli” çərçivəsində “Erkən nigaha qarşı birlikdə mübarizə” mövzusunda tədbir keçirilmişdir
19 dekabr 2025 | 14:07
Siyəzən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Erkən nigaha qarşı birlikdə mübarizə” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə erkən nigahın törətdiyi fəsadlar, onun qarşısının alınması yolları, maarifləndirmə işinin təşkili mövzularında çıxışlar dinlənilmiş, fikir mübadiləsi aparılmış və sonda həmin mövzuda qısametrajlı film izlənilmişdir.






