“Konstitusiya və Suverenlik İli” çərçivəsində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Vətəni tanı!” intellektual oyunu keçirilmişdir
24 oktyabr 2025 | 15:39
Siyəzən Rayon İcra Hakimiyyətinin, Siyəzən Rayon Heydər Əliyev Mərkəzinin, Siyəzən rayonu üzrə gənclər və idman sektorunun və Siyəzən rayonu üzrə Təhsil sektorunun birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş Siyəzən rayon ümumtəhsil məktəblərinin VIII-X sinif şagirdləri arasında “Vətəni tanı!” intellektual oyunu keçirilmişdir.






