Şriftin ölçüsü :

Saytın rəngi :

İslam dünyasının ən müqəddəs ayı olan Ramazan ayı münasibətilə Siyəzən rayonunda iftar süfrəsi təşkil olunmuşdur

11 aprel 2023 | 12:52

İslam dünyasının ən müqəddəs ayı olan Ramazan ayı münasibətilə Siyəzən rayonunda iftar süfrəsi təşkil olunmuşdur.
11 aprel 2023-cü il tarixində Siyəzən Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunan tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov başda olmaqla rayon rəhbərliyi, rayon ağsaqqalları, şəhid ailələri, qazilər, rayonda fəaliyyət göstərən dini icma nümayəndələri və aztəminatlı ailələr iştirak etmişlər.
İftar süfrəsində din xadimləri tərəfindən “Qurani-Kərim”dən ayələr oxunulmuş, Ramazan ayının fəzilətlərindən bəhs olunmuş və şəhidlərimizin əziz xatirələri böyük ehtiramla yad edilmişdir.

Keçidlər