“İş yerində rifahın təmin olunması: tükənmə və streslə mübarizə”, “Dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə müsahibənin keçirilmə qaydaları”, və “Təşkilati mədəniyyət və vətəndaşlarla işin təşkili” mövzularında təlim keçirilmişdir
Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin əməkdaşları tərəfindən Siyəzən rayonunda dövlət qulluqçuları üçün 4, 6 və 7 noyabr 2024-cü il tarixlərində keçirilən təlimlərə Rayon İcra Hakimiyyəti başçısı aparatının, inzibati ərazi dairələri üzrə nümayəndəliklərin və rayonda fəaliyyət göstərən dövlət qulluqçuları cəlb edilmişdir. Rayon İcra Hakimiyyəti başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi, İnformasiya və təhlil sektoru, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi, Hüquq şöbəsi təlimlərdə aktiv iştirak etmişlər. Təlimlərdə müzakirə olunan “İş yerində rifahın təmin olunması: tükənmə və streslə mübarizə”, “Dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə müsahibənin keçirilmə qaydaları”, və “Təşkilati mədəniyyət və vətəndaşlarla işin təşkili” mövzularda dövlət qulluqçularının peşəkar səviyyəsinin artırılması üçün bir sıra məqamlara toxunulmuşdur.