Şriftin ölçüsü :

Saytın rəngi :

"Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü" mövzusunda növbəti tədbir keçirilmişdir

12 aprel 2023 | 16:36

Bu gün Siyəzən Rayon İcra Hakimiyyəti və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə 2023-cü il - "Heydər Əliyev ili" çərçivəsində Mədəniyyət Mərkəzində "Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü" mövzusunda növbəti tədbir keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin məsul işçiləri və rayonun mədəniyyət müəssisələrində çalışan işçilər iştirak etmişdir. Tədbirdə çıxış edənlər Ulu öndər Heydər Əliyevin Azərbaycanın yeni tarixini yaratdığı, onun 34 ildən artıq bir dövrü əhatə edən zəngin siyasi fəaliyyəti, Azərbaycan dövlətinin tarixində müstəsna xidmətləri və dövlətimizin xilaskarı olması haqqında geniş söhbət açmışlar.

Keçidlər