“Heydər Əliyev Müstəqil Azərbaycan Konstitusiyasının memarıdır” mövzusunda tədbir keçirilmişdir
10 fevral 2026 | 17:52
Siyəzən Rayon İcra Hakimiyyətinin, “Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin və Siyəzən Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev Müstəqil Azərbaycan Konstitusiyasının memarıdır” mövzusunda tədbir keçirilmişdir. İlk öncə tədbir iştirakçıları tərəfindən Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətçiliyinin formalaşmasında, hüquqi və demokratik əsasların yaradılmasında misilsiz rolundan bəhs etmiş, 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyasının ölkəmizin ictimai-siyasi həyatında xüsusi əhəmiyyət daşıdığını vurğulamışlar. Qeyd olunmuşdur ki, Konstitusiya insan hüquq və azadlıqlarının təminatı, hüquqi dövlət və vətəndaş cəmiyyətinin qurulması baxımından möhkəm təməl rolunu oynayır.
Çıxışlarda gənclərin konstitusion dəyərlərə sadiqlik ruhunda tərbiyə olunmasının vacibliyi diqqətə çatdırılmış, Ulu Öndərin ideyalarının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi xüsusi qeyd edilmişdir.






