Şriftin ölçüsü :

Saytın rəngi :

Həmrəylik Günü və Yeni İl münasibətilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün tədbir keçirilmişdir

26 dekabr 2025 | 13:50

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı münasibətilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bayram tədbiri təşkil olunub. Tədbirin məqsədi uşaqlara bayram əhval-ruhiyyəsi bəxş etmək, onların sosial inteqrasiyasını dəstəkləmək və diqqət-qayğı ilə əhatə olunmalarını təmin etmək olub. Tədbir çərçivəsində uşaqlar üçün maraqlı əyləncə proqramı təqdim edilib, musiqi və rəqs nömrələri nümayiş olunub, müxtəlif oyunlar keçirilib. Tədbirdə həmçinin şəhid anaları, rayon ictimaiyyətinin nümayəndələri və digər qonaqlar iştirak ediblər. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı münasibətilə təbrik edib. O, xüsusi qayğıya ehtiyacı olan uşaqlara göstərilən diqqət və qayğının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayıb. Novruz Novruzov çıxışında qeyd edib ki, uşaqların sağlam, xoşbəxt və cəmiyyətə faydalı fərdlər kimi yetişməsi hər birimizin ümumi vəzifəsidir. Bu kateqoriyadan olan uşaqların sosial müdafiəsinin gücləndirilməsi, onların təhsil və inkişaf imkanlarının genişləndirilməsi daim diqqət mərkəzində saxlanılır. Rayon rəhbəri bu kimi tədbirlərin uşaqların cəmiyyətə inteqrasiyasında, onların özlərinə inamının formalaşmasında mühüm rol oynadığını bildirib. Sonda Novruz Novruzov uşaqlara möhkəm cansağlığı, sevincli günlər, valideynlərinə isə minnətdarlığını bildirərək, qarşıdan gələn Yeni ilin hər kəsə xoşbəxtlik gətirməsini diləyib.

Keçidlər