Görkəmli dramaturq Cəfər Cabbarlının heykəlinin köçürülməsi ilə bağlı quraşdırma və abadlaşdırma işləri aparılır
16 yanvar 2026 | 18:26
Siyəzən rayonundan olan ziyalıların və vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq, müvafiq dövlət qurumlarının razılıqları alınmaqla, Siyəzən şəhər 1 saylı tam orta məktəbin həyətində yerləşən görkəmli dramaturq Cəfər Cabbarlının heykəlinin şəhərin cənub girişində, Heydər Əliyev Seyrəngahındakı Mərkəzi Kitabxananın qarşısında yerləşdirilməsi qərara alınmışdır. Hazırda heykəlin köçürülməsi ilə bağlı quraşdırma və abadlaşdırma işləri aparılır. Bu addım Cəfər Cabbarlı irsinin daha geniş ictimaiyyətə təqdim olunmasına və şəhər mühitinin estetik baxımdan zənginləşdirilməsinə xidmət edir.






