Şriftin ölçüsü :

Saytın rəngi :

Gilgilçay qəsəbəsindən olan şəhidlərin xatirəsinə ucaldılan xatirə kompleksi və şəhidlər bulağının açılış mərasimi keçirilmişdir

04 noyabr 2022 | 21:08

Bu gün Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən

Siyəzən rayonunun Gilgilçay qəsəbəsindən olan şəhidlərin xatirəsinə ucaldılan xatirə kompleksi və şəhidlər bulağının açılış mərasimi keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov, şəhid valideynləri, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri, qəsəbə sakinləri iştirak etmişlər. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov bildirdi ki, Şəhidlər bizim and yerimiz olduğu üçün onların adının uca tutulması, xatirələrinin əbədiləşdirilməsi bizim ən uca vəzifələrimizdəndir.

Keçidlər