Gənclər evində geniş tərkibdə iclas keçirilmişdir
Sudan məişətdə və kənd təsərrüfatında qənaətli istifadənin təmin edilməsi məqsədilə ictimaiyyətin məlumatlandırılması və maarifləndirilməsi işlərinin daha da gücləndirilməsi tapşırığının icrası ilə bağlı 17 aprel 2025-ci il tarixdə Siyəzən şəhəri Gənclər evində geniş tərkibdə iclas keçirilmişdir. İclasda Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndələri, Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Yenikənd, Həmyə, Beşdam, Zarat, Sədan, Eynibulaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndələri və müvafiq bələdiyyə sədrləri, bir qrup su istifadəçisi(fermer, təsərrüfat başçısı və sahibkar) və Siyəzən Rayon İcra Hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi və Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin işçiləri iştirak etmişdir.






