Şriftin ölçüsü :

Saytın rəngi :

“Fövqəladə hadisə və nəticələrinin aradan qaldırılması” mövzusunda təlim keçirilmişdir

25 aprel 2025 | 11:36
SOCAR “Neft kəmərləri İdarəsinin Şimal İxrac Boru Kəməri və onun infrastruktur obyektlərində baş verə biləcək fövqəladə halların xəbərdar edilməsi və nəticələrinin aradan qaldırılması məqsədilə 2025-ci ildə keçiriləcək təlimlər üzrə Tədbirlər planı”na əsasən Siyəzən rayonu Beşdam bələdiyyəsi ərazisində “fövqəladə hadisə və nəticələrinin aradan qaldırılması” mövzusunda təlim keçirilmişdir. Təlimdə SOCAR NKİ-nin, Azərbaycan Respublikassının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin və digər qürumların nümayəndələri, “Bakı-Novorossiysk ixrac neft boru kəməri”nin Siyəzən rayonu ərazisindən keçən hissəsinin mühafizəsi ilə əlaqədar Siyəzən rayonunda yaradılmış komissiyanın üzvləri və SOMDA Siyəzən regional idarəsinin əməkdaşları iştirak etmişdir.
Təlimin məqsədi barədə əvvəlcə iştirakçılara məlumat verilmiş və yaradılmış şərti hadisə yerində müxtəlif variantlar üzrə vərdiş və bacarıqların nümayiş etdirilməsi tövsiyə olunmuşdur. Tədbirdə yüksək peşəkartlıq nümayiş etdirilmiş və uğurla başa çatmışdır.
Keçidlər