Şriftin ölçüsü :

Saytın rəngi :

Əziz Siyəzənlilər ! Sizi müqəddəs Ramazan bayramı münasibətilə təbrik edirik

21 aprel 2023 | 18:18

Əziz Siyəzənlilər !
Sizi müqəddəs Ramazan bayramı münasibətilə təbrik edirik, hər birinizə ən xoş arzularımızı çatdırırıq.
İlahi hikmətlər xəzinəsi Qurani-Kərimin nazil olduğu müqəddəs Ramazan ayı insanların qəlbini və təfəkkürünü nurlandıran, onları əmin-amanlığa, vəhdətə, əxlaqi saflığa dəvət edən mübarək aylardandır. Müsəlmanlar bu ayda Allah və din qarşısında borclarını yerinə yetirmək fürsəti əldə edir, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının fərəhini, mənəvi-ruhi kamilliyin nəfs üzərində qələbə sevincini yaşayırlar.
Bu gün Azərbaycanın sürətli inkişafını, uğurlu xarici və daxili siyasətini, o cümlədən dövlət və din münasibətlərinin səmərəli tənzimlənməsini şərtləndirən başlıca iki amil mövcuddur. Birincisi, Ulu Öndərin əsasını qoyduğu sağlam bünövrə, ikincisi isə Ümummilli Liderin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həmin sağlam bünövrə üzərində həyata keçirdiyi uğurlu strategiyadır.
Ulu öndər Heydər Əliyev Azərbaycanın müsəlman ölkələri ilə bütün sahələrdə əlaqələrinin genişləndirilməsi, xalqlar arasında birlik və həmrəyliyin möhkəmləndirilməsi, münasibətlərin dərinləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görmüşdür. Bu əlaqələr, sonradan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən daha da genişləndirilmiş, Azərbaycan islam ailəsinin etibarlı üzvü kimi böyük nüfuz qazanmışdır.
Eyni zamanda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ölkəmizdə və beynəlxalq aləmdə genişmiqyaslı fəaliyyəti, milli-mənəvi irsimizi yüksək səviyyədə təbliğ etməsi, ümumbəşəri dəyərlərə diqqəti və himayəsi Azərbaycanın bu istiqamətdə söz sahibinə çevrilməsinə xidmət etmiş, dünyaya təqdim olunan Azərbaycan modeli sivilizasiyalararası dialoq, dinlər və mədəniyyətlərarası əməkdaşlığın inkişafına öz töhfəsini vermişdir.
Bu əziz bayram günlərində bir daha etdiyiniz dua və niyyətlərin Ulu Tanrı dərgahında qəbul olunmasını arzu edirik, ailələrinizə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət diləyirik. Ramazan bayramınız mübarək olsun.

Keçidlər