Eynibulaq kəndindən olan şəhidlərin əziz xatirəsinə inşa edilmiş bulağın açılış mərasimi keçirilmişdir
21 noyabr 2025 | 14:08
Bu gün Eynibulaq kəndindən olan şəhidlərin əziz xatirəsinə inşa edilmiş bulağın açılış mərasimi keçirilmişdir.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, kənd sakinləri və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov şəhidlərin əziz xatirəsinin daim qəlblərdə yaşadığını, onların göstərdiyi qəhrəmanlığın Azərbaycan xalqı üçün qürur mənbəyi olduğunu qeyd etmişdir.
Mərasim zamanı çıxış edənlər şəhidlərin Vətən uğrunda göstərdikləri qəhrəmanlıqdan, onların keçdiyi şərəfli döyüş yolundan bəhs etmiş, xatirələrinin xalqımızın yaddaşında əbədi yaşayacağını vurğulamışlar.
Daha sonra şəhidlərin əziz xatirəsinə inşa edilmiş bulaq ziyarət olunmuş, şəhidlərin xatirəsi ehtiramla yad edilmişdir.






