Şriftin ölçüsü :

Saytın rəngi :

Əhalinin nəzərinə !

08 may 2024 | 09:56

Əhalinin nəzərinə !

Məlumat üçün bildiririk ki, “Yaşma – Siyəzən” orta təzyiqli qaz kəmərinin Siyəzən XS-nin ərazisində yerləşən hissəsində qaz xətti üzərində RDQ-150 tipli qaztənzimləyicinin quraşdırılması ilə əlaqədar olaraq 08.05.2024-cü il tarixində saat 10:00-dan işlər başa çatanadək həmin qaz kəməri ilə qaz təchizatının dayandırılması planlaşdırılır. İşlər görülən müddətdə, ümumilikdə 496 abonenti əhatə edən Siyəzən rayonun Zarat, Candahar, Qalaşıxı, Beşdam və Siyəzən (Qara Siyəzən)  kəndlərinin qaz təchizatında fasilə yaranacaqdır.

Keçidlər