Şriftin ölçüsü :

Saytın rəngi :

Əhalinin nəzərinə!

20 sentyabr 2022 | 15:06
Əhalinin nəzərinə!
Xaçmaz Regional Qİİ-nin Siyəzən Xidmət sahəsindən Rayon İcra Hakimiyyətinə daxil olan məlumata əsasən bildiririk ki, 2022-2023-cü illərin Payız-qış mövsümünə hazırlıqla əlaqədar Tədbirlər planına əsasən Siyəzən Qazpaylayıcı Stansiyasında D530 mm-lik kollektorun əhali çıxış qaz xətti üzərində mövcud olan D-200 markalı filtrin baypas xəttinin quraşdırılması məqsədilə 21.09.2022-ci il tarixində saat 10:00-dan işlər başa çatanadək qaz təchizatının dayandırılması planlaşdırılmışdır.
İşlər görülən müddətdə ümumilikdə 8250 abonenti əhatə edən rayonun Sədan, Eynibulaq, Qozağacı, Qalaaltı, Yenikənd, Tuğay, Böyük Həmyə, Balaca Həmyə kəndəlində və Gilgilçay qəsəbəsində qaz təchizatında fasilələr yaranacaqdır.
Keçidlər