Dezinfeksiya işləri aparılmışdır
Bu günlərdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının nümayəndələri tərəfindən Siyəzən şəhərinin qərb tərəfində yerləşən yaşıllıq zolağında (“Terras” adlanan ərazidə) Qəhvəyi mərmər bağacığına oxşayan zərərvericilər olması barədə məlumat verilmişdir. Dərhal Siyəzən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Bitki Mühafizəsi və Pumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin Siyəzən Rayon Mərkəzinin aqronomu tərəfindən ərazidə tələlər yerləşdirilmiş və bir neçə zərərverici müayinə olunmaq üçün (Qəhvəyi mərmər bağacığı olub-olmamasını dəqiqləşdirmək) Bakı şəhərinə laboratoriyaya göndərilmişdir. Bununla yanaşı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumları tərəfindən ərazidə zəruri dezinfeksiya işləri aparılmışdır. Bu istiqamətdə zəruri tədbirlər davam etdirilir.






