Şriftin ölçüsü :

Saytın rəngi :

“Dəmir yumruq” abidəsinin ətrafında 8 Noyabr – Zəfər Günü münasibətilə təntənəli tədbir keçirilmişdir

08 noyabr 2025 | 16:29
Siyəzən şəhərində yerləşən “Dəmir yumruq” abidəsinin ətrafında 8 Noyabr – Zəfər Günü münasibətilə təntənəli tədbir keçirilmişdir.
Tədbirdə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, müxtəlif idarə, müəssisə və təşkilatların kollektivləri, şəhid ailələri, Vətən müharibəsi qaziləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər, daha sonra çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov tədbir iştirakçılarını Zəfər Günü münasibətilə təbrik edərək, 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbənin Azərbaycan xalqının birliyinin, Ordumuzun qüdrətinin və Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyinin nəticəsi olduğunu vurğulamışdır.
Tədbir məktəblilərin ifasında təqdim olunan Zəfər Gününə həsr olunmuş ədəbi-bədii kompozisiyalarla davam etmişdir. Gənc ifaçıların çıxışları, səslənən vətənpərvərlik ruhlu şeirlər tədbir iştirakçılarına qürur və fərəh hissi yaşatmışdır.
Keçidlər