Dekabrın 9-u səyyar qəbul keçirilmişdir
09 dekabr 2022 | 16:47
Dekabrın 9-u Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov təsdiq olunmuş qrafikə əsasən növbəti səyyar qəbulunu Tuğay kənd sakinləri ilə keçirib.
Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov sakinlərin fikirlərini dinlədikdən sonra hər bir təklif və şikayətlə bağlı müvafiq qurumlara tapşırıqlar verib.
Qeyd: Növbəti səyyar qəbul Dekabr ayının 16-i saat 11:00-da Zarat İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin binasında Zarat kənd sakinləri ilə keçiriləcək.