Dekabrın 16-si səyyar qəbul keçirilmişdir
16 dekabr 2022 | 17:22
Dekabrın 16-ı Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov təsdiq olunmuş qrafikə əsasən növbəti səyyar qəbulunu Zarat kənd sakinləri ilə keçirib.
Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov sakinlərin fikirlərini dinlədikdən sonra hər bir təklif və şikayətlə bağlı müvafiq qurumlara tapşırıqlar verib.
Qeyd: Növbəti səyyar qəbul Dekabr ayının 23-ü saat 11:00-da Siyəzən Suvarma Sistemləri İdarəsinin binasında Fəyyaz Əliməmmədov küçəsinin sakinləri ilə keçiriləcək.