Böyük Həmyə kəndinin sakinləri ilə səyyar qəbul keçirilmişdir
23 sentyabr 2022 | 16:45
Sentyabrın 23-ü Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov təsdiq olunmuş qrafikə əsasən növbəti səyyar qəbulunu Həmyə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin Böyük Həmyə kəndinin sakinləri ilə keçirib.
İcra başçısı sakinlərin fikirlərini dinlədikdən sonra hər bir təklif və şikayətlə bağlı müvafiq qurumlara tapşırıqlar verib.
Qeyd: Növbəti səyyar qəbul sentyabr ayının 30-u saat 11:00-da Cəndəhar kəndində keçiriləcək.