Şriftin ölçüsü :

Saytın rəngi :

Birinci Qarabağ Müharibəsi şəhidi Rüfət Cabbarovun cənazəsi doğma kəndi olan Dağ Quşçuya gətirilib və kənd qəbiristanlığında torpağa tapşırılıb.

05 iyun 2024 | 12:58

           1971-ci il təvəllüdlü  Cabbarov Rüfət Məmmədhüseyn oğlu Birinci Qarabağ Müharibəsinin iştirakçısı olmuşdur və 1992-ci ildə Ağdərə rayonunun Çıldıran kəndi istiqamətində gedən döyüşlərdə itkin düşərək şəhid olmuşdur. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının brifinqdə I Qarabağ müharibəsində itkin düşmüş və 2024-cü ildə şəxsiyyəti müəyyən olunmuş 73 nəfər Azərbaycan vətəndaşına dair məlumatlar açıqlanan zaman Rüfət Cabbarovun da nəşinin yeri bəlli olub.

            Şəhid Rüfət Cabbarovun nəşi Siyəzəndə izdihamla qarşılanıb, ailəsinin yaşadığı və doğulub boya-başa çatdığı Siyəzən rayonunun Dağ Quşçu kəndinə gətirilib. Şəhidlə vida mərasimi olub və cənazə namazı qılınaraq şəhidlərimizin ruhuna dualar oxunub. Daha sonra şəhidin nəşi kənd məzarlığına gətirilib. Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı, hökumət və ictimaiyyət nümayəndələri, rayon sakinləri, hərbçilər, qazilər, şəhid ailələri, media nümayəndələri iştirak ediblər. Dəfn zamanı hərbi orkestrin ifasında Dövlət Himni səsləndirilib. Şəhid Rüfət Cabbarov yaylım atəşinin müşayiətilə torpağa tapşırılıb. Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov şəhidin cənazəsinə bükülmüş Azərbaycan bayrağını mərhumun qardaşına təqdim edib.

Keçidlər