Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir!” mövzusunda tədbir keçirilmişdir

27 aprel 2023 | 17:46
Bu gün Rayon İcra Hakimiyyətinin akt zalında “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü”, “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir!” mövzusunda tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov açmışdır. Daha sonra tədbirə dəvət olunan qonaqlar Milli Məclisin deputatı, YAP idarə heyyətinin üzvü, Tarix elmləri doktoru, professor Anar İsgəndərov və tarix elmləri doktoru, professor, Qarabağ müharibəsi veteranı Şikar Qasımov maraqlı çıxışları ilə yadda qalmışlar.
Çıxışlarda Azərbaycanın bir dövlət olaraq inkişaf etməsinin yeganə banisi Ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərindən, Ümummilli Liderin hakimiyyətinin bütün dövrlərində Azərbaycanda təhsilin, mədəniyyətin, milli ideologiyanın inkişafı üçün yürütdüyü siyasətdən, dövlət quruculuğuna göstərdiyi diqqətdən bəhs edilib.
Tədbirdə rayon rəhbərliyi, idarə, müəssisə, təşkilatlarda çalışanlar, QHT və ictimaiyyət nümayəndələri və gənclər olmaqla ümumilikdə 130 nəfər iştirak etmişdir.
Keçidlər