“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir” mövzusunda növbəti tədbir keçirilmişdir.
01 may 2023 | 17:37
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar Rayon İcra Hakimiyyətinin və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir” mövzusunda növbəti tədbir keçirilmişdir.
Tədbirdə çıxış edənlər Ulu Öndərin həyat və fəaliyyətindən, dövlətçiliyimizin bünövrəsinin möhkəmləndirilməsindəki rolundan və xalqımız üçün gördüyü misilsiz işlərdən bəhs etmişlər. Sonda Ulu Öndər Heydər Əliyevin keçdiyi həyat yolundan qısametrajlı film nümayiş olunmuşdur.