Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib

15 oktyabr 2026 | 19:53
15 oktyabr 2026-cı il tarixində Siyəzən Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Müşavirədə məruzə ilə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqinin əhəmiyyətindən danışıb. Dövlət başçısının çıxışında müəyyənləşdirilən əsas istiqamətlərin ölkəmizin gələcək inkişafı, milli maraqların qorunması, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və qarşıya qoyulan strateji hədəflərin həyata keçirilməsi baxımından mühüm əhəmiyyət daşıdığı diqqətə çatdırılıb.
Bildirilib ki, ölkəmizin əldə etdiyi uğurların davamlılığının təmin olunması, cəmiyyətin bütün sahələrində qarşıya qoyulan vəzifələrin ardıcıl icrası, dövlət-vətəndaş münasibətlərinin daha da möhkəmləndirilməsi hər bir dövlət qurumunun və ictimaiyyət nümayəndəsinin üzərinə mühüm məsuliyyət qoyur.
Müşavirədə müxtəlif sahələri təmsil edən nümayəndələr də çıxış edərək gündəlikdə duran məsələlərə münasibətlərini bildiriblər.
Siyəzən rayonu üzrə gənclər və idman sektorunun müdiri Vüsal Alışov gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, onların ictimai fəallığının artırılması və idmanın inkişafı istiqamətində qarşıda duran vəzifələrdən danışıb.
Siyəzən rayonu üzrə təhsil sektorunun müdiri Elşad Sultanov təhsil sahəsində keyfiyyətin yüksəldilməsi, gənc nəslin milli-mənəvi dəyərlərə bağlı vətəndaşlar kimi formalaşdırılması, eləcə də dövlətin müəyyən etdiyi prioritetlərin təhsil müəssisələrində həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.
“Siyəzən Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Nərgiz Əliyeva əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması, səhiyyə sahəsində mövcud imkanlardan səmərəli istifadə olunması və vətəndaş məmnunluğunun təmin edilməsi məsələlərinə toxunub.
Siyəzən rayon Mədəniyyət Mərkəzinin direktoru Ziyadə Dadaşova milli-mənəvi dəyərlərin qorunması, mədəni irsin gələcək nəsillərə çatdırılması və mədəniyyət sahəsində həyata keçirilən tədbirlərin əhəmiyyətindən bəhs edib.
Rayon Ağsaqqallar Şurasının sədri Qəzənfər Nəcəfov cəmiyyətdə milli həmrəyliyin gücləndirilməsi, gənc nəslin düzgün istiqamətləndirilməsi və ağsaqqalların ictimai həyatda rolunun artırılmasının vacibliyini qeyd edib.
Şəhid Sadiq Məmmədovun anası Bahar Məmmədova çıxışında Vətən uğrunda canından keçən qəhrəmanların xatirəsinin daim uca tutulmasının, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğının davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.
Müşavirənin sonunda Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov yekun nitqi ilə çıxış edərək müzakirə olunan məsələlərin əhəmiyyətini diqqətə çatdırıb. Qarşıya qoyulan vəzifələrin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi, aidiyyəti sahələr üzrə fəaliyyətin gücləndirilməsi və müəyyən edilmiş hədəflərə nail olmaq üçün birgə səylərin davam etdirilməsinin vacibliyi qeyd olunub.
Keçidlər