Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Siyəzən rayonuna Gəncə avtomobil zavodunda istehsal edilən məişət tullantıları daşıyan yük avtomobili təqdim olunmuşdur
06 mart 2026 | 12:38
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Siyəzən rayonuna Gəncə avtomobil zavodunda istehsal edilən məişət tullantıları daşıyan yük avtomobili təqdim olunmuşdur. Yeni texnikanın istifadəsi əhaliyə göstərilən kommunal xidmətlərin səviyyəsini yüksəldəcək, şəhərin müxtəlif ərazilərində məişət tulantılarının vaxtında daşınması və şəhərin ekoloji durumunun yaxşılaşdırılmasına müsbət təsir göstərəcəkdir. Məişət tullantıları daşıyan avtomobil Siyəzən Rayon Kommunal Müəssisələr Kombinatına təhvil verilmişdir.






