“Aqrar sığorta sahəsində mövcud imkanlar, çətinliklər və perspektivlər” mövzusuna həsr olunmuş dəyirmi masa təşkil olunmuşdur
Bu gün Siyəzən Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı ilə Siyəzən Gənclər Evində “Aqrar sığorta sahəsində mövcud imkanlar, çətinliklər və perspektivlər” mövzusuna həsr olunmuş dəyirmi masa təşkil olunmuşdur. Tədbirdə Aqrar Sığorta Fondu, “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin Sumqayıt Ərazi İdarəsinin Siyəzən şöbəsi, Siyəzən Dövlət Aqrar İnkişaf Mərkəzinin məsul işçiləri, Siyəzən RİHB-nin qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri və müvafiq sahibkarlıq subyektləri iştirak etmişdir. Görüşdə sahibkarlara mövzu ilə bağlı ətraflı məlumat verilmiş, onların sualları cavablandırılmışdır.