Aqrar innovasiyaların təbliği və təşviqi məqsədilə toxum satış və kredit yarmakası təşkil edilmişdir.
18 oktyabr 2024-cü il tarixdə Siyəzən şəhəri Bayraq meydanında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin və Siyəzən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə aqrar innovasiyaların təbliği və təşviqi məqsədilə toxum satış və kredit yarmakası təşkil edilmişdir. Yarmarkada Aqrar Kredit və İnkişaf Agentliyi, Aqrar Xidmətlər Agentliyi, Aqrar Sığorta Fondu, Siyəzən Dövlət Aqrar İnkişaf Mərkəzi, ”Aqrar Tədarük və Təchizat” ASC-nin məsul işçiləri, Siyəzən Rayon İcra Hakimiyyəti başçısı aparatının işçiləri, Siyəzən Rayon İcra Hakimiyyəti başçısının şəhər, qəsəbə, kənd inzibati ərazi dairəsi üzrə nümayəndələri, bələdiyyə sədrləri və 400-dən artıq fermer, ailə təsərrüfatının baçısı və torpaq istifadəçisi iştirak etmişdir. İştirakçılar üçün müxtəlif innovativ məhsul, məhsuldar toxum sortları və avadanlıqlar əyani nümayiş olunmuşdur.