Aprelin 26-sı Mərkəzi Kitabxananın binasında Siyəzən şəhər sakinləri ilə səyyar qəbul keçirilib.
26 aprel 2024 | 17:32
Aprelin 26-sı Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov təsdiq olunmuş qrafikə əsasən növbəti səyyar qəbulunu Mərkəzi Kitabxananın binasında Siyəzən şəhəri, Heydər Əliyev küçəsi 7, Tofiq İsmayılov küçəsi 36, 37, 38, 39, 46, 47, 48, 49 nömrəli yaşayış binaları, Heydər Əliyev küçəsi 2-dən 88-ə qədər olan fərdi yaşayış evlərinin sakinləri ilə keçirib.
Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov sakinlərin fikirlərini dinlədikdən sonra hər bir təklif və şikayətlə bağlı müvafiq qurumlara tapşırıqlar verib.
Vətəndaşların qəbulu əvvəlcədən tərtib olunmuş qrafikə uyğun olaraq rayonun bütün yaşayış məntəqələrində keçirilir.