Ahıl və tənha şəxslər ziyarət edilmişdir
20 oktyabr 2025 | 14:40
Siyəzən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonda yaşayan ahıl və tənha şəxslərə mütəmadi olaraq xüsusi diqqət və qayğı göstərilir. Bu gün Rayon İcra Hakimiyyəti başçısının müavini Ruhiyyə Hacıyeva və RİH-in əməkdaşları evlərində sosial-məişət xidmətləri göstərilən ahıl və tənha şəxsləri ziyarət etmiş, onların vəziyyəti ilə maraqlanmış və qayğılarını dinləmişlər.
Ziyarət zamanı ahıllara mənəvi dəstək göstərilməklə yanaşı, onların gündəlik ehtiyaclarının qarşılanmasına da xüsusi diqqət yetirilmiş və onlara ərzaq sovqatı tədqim olunmuşdur.






