Şriftin ölçüsü :

Saytın rəngi :

2014-cü ilin birinci yarısının nəticələri müzakirə edilmişdir.

17 iyul 2014 | 15:00

Bu gün Siyəzən Rayon İcra Hakmiyyəti başçısı yanında Şuranın növbəti geniş iclası keçirilmişdir. İclasda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası ilə əlaqədar Siyəzən rayonunda 2014-cü ilin birinci yarısında görülmüş işlər və qarşıda duran vəzifələr barədə məsələ müzakirə edilmişdir. Əvvəlcə Rayon İcra Hakimiyyətinin başçısı cənab Arif Qasımov məsələ ilə əlaqədar geniş məruzə ilə çıxış etmişdir.

Daha sonra məruzə ətrafında çıxışlar olmuş, Siyəzən rayonu üzrə maliyyə şöbəsinin rəisi Samir Nemətov, DSMF-nin Siyəzən rayon şöbəsinin müdiri Güllər Yunusova, DT və XK-nin Siyəzən rayon şöbəsinin müdiri Kamir Xəlilov, Siyəzən Sukanal idarəsinin rəisi Zamin Ağayev, Siyəzən elektrik şəbəkə rayonunun rəis əvəzi İlyas İsaqov, Siyəzən qaz istismar sahəsinin rəisi Elşən Nağıyev hesabat dövründə rəhbərlik etdikləri sahələr üzrə görülmüş işlərdən danışmışlar. 

 

 

 

Daha sonra tədbirdə iştirak edən Azərbaycan Respublikası Milli Məclisinin düputatı Tahir Süleymanov çıxış edərək ilin birinci yarısının uğurla sona çatması münasibətilə yığıncaq iştirakçılarını təbrik etdi. T.Süleymanov son dövrlərdə ölkəmizdə gedən uğurlu proseslərdən, sosial-iqtisadi inkişafdan, ölkə başçısı cənab İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində beynəlxalq miqyasda qazanılmış nailiyyətlərdən danışdı. Siyəzən rayonunun son dövrlərdəki inkişafı barədə danışan natiq bütün bunların sevindirici faktlar olduğunu qeyd etdi, gələcəkdə davam etdirlməsinə inandığını bildirərək daha böyük nailiyyətlər arzuladı.

Çıxış və müzakirələrdən sonra Şura iclası müvafiq qərar qəbul etdi. 

Tədbirin sonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 iyun 2014-cü il tarixli 580 nömrəli sərəncamı ilə "“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuş Siyəzən Rayon İcra Hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Zəfər Əliyevə medal və vəsiqə təqdim olundu. 

Başçının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Zəfər Əliyev  əməyinin qiymətləndirilməsinə görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlığını  və böyük etimadı bundan sonra da doğrultmaq üçün bütün səy və bacarığını əsirgəməyəcəyini bildirdi.

Keçidlər