Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət Qulluqçularının Peşə Bayramı günü qeyd edilmişdir.

24 iyun 2014 | 15:00

23 iyun 2014-cü il tarixdə  Siyəzən rayonunda  Dövlət Qulluqçularının Peşə Bayramı günü qeyd edilmişdir. Əvvəlcə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin rayon mərkəzindəki abidəsi ziyarət edilmiş, abidə önünə tər çiçəklər düzülmüşdür.  Daha sonra İcra Hakimiyyətinin iclas zalında ümumrayon tədbiri keçirilmişdir. Tədbiri  giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı cənab Arif Qasımov  dövlət qulluqçularını təbrik etmişdir. 

Bundan sonra başçının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təhminə Eyvazova bayram münasibətilə geniş məruzə ilə çıxış etdi. Tədbirdə  çıxış edən Əhalinin Sosail Müdafiəsi Mərkəzinin direktoru Kamilə Yusifova, Gənclər və İdman İdarəsinin rəisi Nadir Məmmədov, Rayon Məhkəməsinin hakimi İlqar Quliyev, DSMF-nin Siyəzən rayon şöbəsinin müdiri Güllər Yunusova dövlət qulluğunda çalışmağın böyük şərəf və məsuliyyət olduğunu, bu işdə çalışan hər kəsin xalqa sədaqətlə xidmət etməli olduğunu qeyd etdilər. Dövlət qulluğnda uzun müddət və səmərəli fəaliyyətinə görə iki nəfər dövlət qulluqçusu Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif edildi.  Sonda tədbir iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciəti qəbul olundu.

Keçidlər