Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Qurtuluş Günü qeyd olunmuşdur.

08 iyun 2014 | 15:00

07 iyun 2014-cü il tarixdə Siyəzən şəhərindəki Bayraq Meydanında 15 İyun – Milli Qurtuluş Günü münasibətilə möhtəşəm konsert keçirilmişdir. Tədbirin aparıcısı -  İctimai Televizyadan hamıya yaxşı tanış olan Saleh Bağırov rayon sakinlərini salamlayaraq dahi lider Heydər Əliyevin adı ilə bağlı olan bayram münasibətilə təbrik etdi.  Ümummilli liderin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərinin tərənnüm edildiyi proqramda Xalq artistləri Niyaməddin Musayev, Zaur Rzayev, Əməkdar artist Elza Seyidcahan, xanəndə Babək Niftəliyev, müğənnilər Könül Kərimova, Roza Zərgərli, Zəka Zeynalov, Orxan Babazadə və digər sevimli sənətçilərin çıxışları böyük coşqu ilə qarşılandı. Konsertin sonunda böyük bayram atəşfəşanlığı oldu.

Tədbirdən hazırlanmış geniş proqram yaxın günlərdə İctimai Televiziyanın efirində yaymlanacaqdır.

Keçidlər